05.11.2021

Rəsm müsabiqəsi keçirilib

Azərbaycan Respublikası Təhsil nazirinin “27 Sentyabr -Anım Günü və 8 Noyabr -Zəfər Günü ilə bağlı Tədbirlər Planı "nın təsdiq edilməsi barədə 07 sentyabr 2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Biləsuvar rayonunda fəaliyyət göstərən ümumi təhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. 14 yaşa qədər iştirakçılar arasında R. Xudiyev adına Minbaşılı kənd tam orta məktəbinin VII sinif şagirdi Nəbiyeva Həsiyə Əbülfət qızı I yerə, X. Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin VII sinif şagirdi Hüseynova Şəbnəm Daşqın qızı II yerə layiq görülüb. 15-17 yaş qrupunda isə 9 nömrəli tam orta məktəbin XI sinif şagirdi Ağayeva İlahə Qaraş qızı I yerə, 10 nömrəli tam orta məktəbin IX sinif şagirdi Tahirli Qadir Tahir oğlu II yerə, 7 nömrəli tam orta məktəbin IX sinif şagirdi Cəfərzadə Afaq Hikmət qızı III yerə layiq görülüb. Tədbirdə iştirak edən Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov qalibləri təbrik edib.