05.11.2021

Şahmat yarışı

Azərbaycan Respublikası Təhsil nazirinin “27 Sentyabr Anım Günü və 8 Noyabr -Zəfər Günü ilə bağlı Tədbirlər Planının təsdiq edilməsi barədə" 07 sentyabr 2021-ci il tarixli F-429 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə Cəbrayıl Rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində qruplararası yarış keçirilib. Açılış mərasimində məktəbin direktoru Muxtar Eyvazov çıxış edərək iştirakçıları salamlayıb və onlara uğurlar arzulayıb. İki gün davam edən yarışda Fərəcov Bəlliş Musa oğlu I yerə, Səfiyev Rəvan Zamiq oğlu II yerə, Mehdiyev Elvin Eldəniz oğlu və Əhmədova Əsmər Eldəniz qızı III yerə layiq görülüb. Bağlanış mərasimində iştirak edən Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov qalibləri təbrik edərək onlara Fəxri fərmanlar təqdim edib.