26.11.2021

Təhsil işçiləri təltif olunub

    Məlum olduğu kimi bu ilin oktyabr ayında Təhsil naziri Emin Əmrullayevin əmri ilə bir qrup təhsil işçisi "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə, digər bir qrupu isə Fəxri Fərmnala təltif olunub. "Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif olunanlar arasında Kazım Məmmədov adına Böyük Mərcanlı kənd tam orta məktəbinin müəllimi Səidə Quliyeva, Fəxri Fərmanla təltif olunanlar arasında isə Hovuslu kənd tam orta məktəbinin müəllimi Rabil Xəlilov da var.

    Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov noyabrın 26- da adıçəkilən məktəblərə gələrək S. Qulyevanı və R. Xəlilovu təbrik edib.


Açar sözlər: ,  ,  ,