27.11.2021

Aşıq Ələsgər-200

    Azərbaycan Respublikası Təhsil nazirinin 26 iyul 2021-ci il tarixli F-372 nömrəli əmri ilə təsdiq olunmuş “Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının təsdiq edilməsi barədə” əmrinin icrasını təmin etmək məqsədi ilə Cəbrayıl rayon ümumitəhsil müəssisələrində geniş tədbirlər keçirilib. Tədbirlərdə aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin yaradıcılığından geniş danışılıb, şifahi xalq ədəbiyyatının inkişafındakı xidmətlərindən söz açılıb. Aşığın yubileyinin belə yüksək səviyyədə qeyd olunması dövlətimizin milli-mənəvi dəyərlərimizə verdiyi yüksək qiymət kimi izah olunub

    Tədbirlərdə şagirdlərin ifasında Aşıq Ələsgərin şeirləri səsləndirilib, səhnəciklər göstərilib


Açar sözlər: ,  ,  ,  ,