22.12.2021

Sosial şəbəkələrlə bağlı toplantı keşirilib

Dekabrın 21-də Bakı şəhərində fəaliyyət göstərən Dirili Qurbani adına Soltanlı kənd tam orta məktəbində ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə iclas keçirilib. İclasda məktəblərin Facebook səhifələrində paylaşımlar zamanı yol verilən nöqsanlar müzakirə edilib. Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs Məhəmməd Mehdiyev mövzu üzrə çıxış edib, sualları cavablandırıb. Sonda Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov öz tapşırıq və tövsiyələrini verib.