09.02.2022

"Düşünən oxucu" müsabiqəsinin qalibləri qəbul olunub

Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov “Düşünən oxucu” müsabiqəsinin rayon turunun qalibləri ilə görüşüb. Görüşdə çıxış edən Z. Qurbanov qalibləri və onların müəllimlərini təbrik edib, təhsil həyatında yeni-yeni uğurlar arzulayıb. Qalib şagirdlər və onların müəllimləri göstərdiyi diqqətə görə Z. Qurbanova təşəkkür ediblər. Sonda qaliblər fəxri fərmanla təltif olunub.

Qeyd edək ki, bu müsabiqə Azərbaycan Respublikası Təhsil nazirinin 29 dekabr 2021-ci il tarixli, F-597 nömrəli əmrinə əsasən keçirilir. V-IX sinif şagirdləri arasında keçirilən müsabiqədə məqsəd şagirdlərdə mütaliəyə marağı artırmaq, onlarda sərbəst düşünmək və rəy bildirmək qabiliyyətini inkişaf etdirməkdir. Müsabiqənin respublika turunda rayonumuzu Bakı şəhərində fəaliyyət göstərən Mahmud Allahverdiyev adına Çullu kənd tam orta məktəbinin VI sinif şagirdi Xədicə Cəbrayılzadə təmsil edəcək (Müəllimi: Nuranə Hüseynova ). O, təqdimatında Sent-Ekzüperinin “Balaca şahzadə” əsəri haqqında danışır. İkinci yeri Dəmşalaq kənd tam orta məktəbinin VIII sinif şagirdi Firuzə Məmmədova (Müəllimi: Bayram Mustafazadə), üçüncü yerləri isə 8 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Zərifə İsmayılova (Müəllimi: Zaur Vəliyev) və 22 nömrəli ümumi orta məktəbin IX sinif şagirdi Solmaz Əbdülrəhimli (Müəllimi: Elza Qasımova) tutublar.

Şagirdlərimizi bir daha təbrik edirik!


Açar sözlər: ,  ,  ,  ,