22.02.2022

Olimpiada qalibləri ilə görüş

Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov Respublika fənn olimpiadalarının yarımfinal turuna vəsiqə qazanan şagirdlərin bir qrupu ilə görüşüb. 10 nömrəli tam orta məktəbdə baş tutan görüşdə şagirdləri təbrik edən Z. Qurbanov son illərdə rayondan yarımfinal və final turuna yüksələn şagirdlərin sayında ciddi artım olduğunu qeyd edib, bu il də bu tendensiyanın davam edəcəyinə əminliyini vurğulayıb. Digər çıxış edənlər də qalibləri təbrik edərək onlara olan istək və arzularını bildiriblər.

Sonda şagirdlər fəxri fərmanla təltif olunublar.

Qeyd edək ki, bu il rayon üzrə 83 şagird yarımfinal mərhələsinə yüksəlib. Şagirdlərimizi təbrik edir onlara növbəti mərhələdə uğurlar arzulayırıq!