23.03.2022

"Xəmsə" intellektual yarışı keçirilib

23 mart 2022- ci il tarixində Biləsuvar rayonu ərazisində fəaliyyət göstərən Cəbrayıl rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xəmsə” intellektual bilik yarışı keçirilib. İntellektual bilik yarışına qoşulan 11 komanda arasında 1- ci yeri Xanış Rüstəmov adına Yuxarı Mərcanlı kənd tam orta məktəbinin "Xan Çinar" komandası, 2- ci yeri Vahid İsmayılov adına Çərəkən kənd tam orta məktəbinin "Qarabağ Azərbaycandır" komandası, 3- cü yeri 8 nömrəli tam orta məktəbin "Zəfər Yolu" komandası, həvəsləndirici yeri isə İsgəndər Tahirov adına Mehdili kənd tam orta məktəbinin "Çinar" komandası qazanıb.

Qeyd edək ki, yarış  "Xəmsə" oyununun Respublika turunun dəfələrlə qalibi olmuş, həmyerlimiz Rəşad Şahverənovun təşkilatçılığı və aparıcılığı ilə keçib.

Qalib komandaları təbrik edirik!


Açar sözlər: ,  ,  ,  ,