06.05.2022

Akademik Mehdi Mehdizadənin xatirəsinə həsr olunmuş yarış keçirilib

Mayın 6-da Bakı şəhərində fəaliyyət göstərən akademik Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbində görkəmli alim Mehdi Mehdizadənin anım gününə həsr olunmuş yarışın final mərhələsi keçirilib. Məlum olduğu kimi final mərhələsində Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbinin "Xudafərin" komandası, Mehdi Mehdizadə adına Cəbrayıl şəhər tam orta məktəbinin "Mehdi Mehdizadə" komandası və Cəmil Əhmədov adına Cəbrayıl şəhər tam orta məktəbinin "Xarıbülbül" komandası iştirak edirdilər. Yarışdan əvvəl təhsil işçiləri və yarışda iştirak edəcək şagirdlər görkəmli alimin qızı Nailə xanım Mehdizadə ilə birlikdə Fəxri Xiyabana gələrək alimin məzarını zyarət ediblər

Əvvəlcə tədbir iştirakşıları Mehdi Məhəmməd oğlu Mehdizadənin həyatından bəhs edən filmi izləyiblər Daha sonra başlanan yarışda 3 nominasiya üzrə (Ədəbiyyat, tarix, coğrafiya) cəmi 45 sual səsləndirilb. Komandaların hər biri bir nominasiya üzrə fərqləniblər. Qaliblər kubok və hədiyyələrlə mükafatlandırılıblar.

Sonda çıxış edən akademikin qızı Nailə xanım Mehdizadə atasının xatirəsinə həsr olunmuş tədbirə görə bütün təşkilatçılara və iştirakçılara təşəkkür edib.

Qeyd edək ki, tədbirdə Cəbrayıl Rayon Təhsil Şöbəsinin müdiri Zamiq Qurbanov, "Xudafərin" qəzetinin redaktoru Şakir Albalıyev də iştirak ediblər. Tədbir mayın 9-da "ARB" kanalının səhər proqramında işıqlandırılacaq.

Qalib komandaları təbrik edirik!


Açar sözlər: ,  ,  ,  ,