08.06.2022

Şuşa- Vətənimin zümrüd tacı

    Cəbrayıl rayon 15 nömrəli tam orta məktəbdə "Şuşa İli" ilə bağlı "Şuşa-Vətənimin zümrüd tacı" adlı tədbir keçirilib.

    Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Fəridə İbayeva, rayon təhsil şöbəsinin əməkdaşı Məhəmməd Mehdiyev, "Xudafərin" qəzetinin baş redaktor müavini Hidayət Səfərli, və digər qonaqların iştirak etdiyi tədbirdə  öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rəsmi hissədən sonra mövzuya uyğun videoçarxlar, şagirdlərin hazırladıqları musiqi nömrələri və kompozisiyaları izlənilib.

    Tədbirin sonunda çıxışları ilə fərqlənən şagirdlərə hədiyyələr təqdim olunub


Açar sözlər: ,  ,  ,  ,